Millətlər Liqası: Türkiyə uduzdu, Almaniya qələbəni son anda əldən verdi

UEFA Millətlər Liqasında 2020/21 mövsümünə start verilib.Dörd liqada ilk tur çərçivəsində 10 matç keçirilib.

D liqasının 1-ci qrupunun oyununda Latviya Andorra ilə qolsuz heç-heçə edib. Eyni qrupda yer alan Farer adaları və Maltanın duelində birincilər 3 xalı 3 qolla qazanıb.

Ukrayna İsveçrə ilə görüşdən 3 xalla ayrılmağı bacarıb. Bu qrupun digər görüşündə Almaniya ilə İspaniya bərabərliyə razılaşıb.

B liqasında mübarizə aparan qonşu Türkiyə millisi evdə Macarıstana uduzub. Rusiya isə öz meydanında Serbiyadan üstün olub. Bu liqanın digər qrupunda Bolqarıstan İrlandiya ilə bərabərə qalıb, Uels Finlandiyanı məğlubiyyətə uğradıb.

C liqasındakı qarşılaşmalarda da qalib müəyyənləşməyib. Kosovo Moldovadan, Yunanıstan Sloveniyadan bir xalla ayrılıb.

Qeyd edək ki, Millətlər Liqasında ilk tura sentyabrın 5-də yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.