Azərbaycanda bu silahları əldə etmək olar, amma… – VİDEOREPORTAJ

Silahların sənədləşməsi Azərbaycanda müəyyən qaydalar çərçivəsində həyata keçirilir.

Bilirik ki, sentyabr ayının 1-dən etibarən ov mövsümü açıq elan edildi. Bununla da ovçu mağazalarına xüsusi axın artdı.

Bir şəxs maksimum yeddi silah əldə edə bilər. Daha çox silah əldə etmək istədikdə isə Daxili İşlər Nazirliyinin xüsusi icazəsi olmalıdır. Əlavə alınan silahlar qoşalülə və yarıavtomatik silahlardır.

Əlinə ilk dəfə silah alan şəxs mütləqdir ki, təlimdə iştirak etsin. Təlimə başlamazdan öncə isə qoruyucu vasitələrdən (qulaqcıq, eynək və papaq) istifadə etmək lazımdır. Bunlar bizi hədəfin qırıntılarından və atəş səsindən qoruyur. Atıcılığın sirlərinə yiyələnmək üçün ən azı dörd məşğələ keçmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.