Futbol millimiz yeni baş məşqçi ilə Millətlər Liqasında debüt edir

Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında yeni mövsümə start verəcək.

Komandamız yeni baş məşqçi Canni De Byazinin rəhbərliyi altında ilk oyununu C Liqasının 1-ci qrupunda Lüksemburq millisinə qarşı keçirəcək. Uzun müddətli fasilədən sonra meydana qayıdan yığmamız Bakıda oynasa da, meydanda pandemiyaya görə azarkeş dəstəyindən məhrum olacaq.

Millimiz cırtdan komandaya heç vaxt məğlub olmasa da, rəqib komandanın son illər güclənməsi, heyətində çoxsaylı Almaniya, Fransa çempionatlarında çıxış edən oyunçuların olması birtərəfli oyunun keçməyəcəyi anlamına gəlir.

Millətlər Liqası
C liqası, 1-ci qrup

20:00 Azərbaycan – Lüksemburq
Hakimlər: Kristofer Kavanaq, Denyl Riçard Kuk, Şon Masi-Elis, Pol Terni (hamısı İngiltərə)
Bakı Olimpiya Stadionu

Qeyd edək ki, qrupun digər matçında eyni vaxtda Kirp öz meydanında Monteneqronu qəbul edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.