İlham Əliyev braziliyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın Prezidenti Jair Bolsonaruya bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı Azərbaycan ilə Braziliya arasındakı münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Jair Bolsonaruya möhkəm cansağlığı, işlərində uğurlar, ölkəsinə əmin-amanlıq və rifah diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.