İtlər iqlimə ziyan vurur

Ev heyvanları da ekoloji iz qoyur.

İtlərin ətraf mühitə və təbiətə təsiri elm adamlarını təəccübləndirib.

“Sustainability” jurnalında dərc edilən  araşdırmada, itlərin iqlim tarazlığına təsiri ilə bağlı yeni məlumatlar təqdim edilib.

Məqalədə qeyd olunur ki, 15 kiloqramlıq itin ömrünün 13 ili ərzində ətraf mühitə vurduğu zərər bir ədəd “Mercedes M-Class” avtomobilin istehsalı zamanı və ya Berlindən Barselonaya 13 uçuşun atmosferə vurduğu ziyanla müqayisə oluna bilər.

Ekoloq Mattias Finkbayner Berlin Texniki Universitetindəki həmkarları ilə birlikdə bu heyvan üçün istehsal olunan qidadan tutmuş it nəcisinin ətraf mühitə təsirini araşdırıb.

“İt üçün istehsal olunan qida iqlim üçün xüsusilə zərərlidir. İnsanların ehtimal etdiyinin əksinə olaraq bu qidalar əsasən ət tullantılarından ibarət deyil. Burada insanlar tərəfindən istehlak edilən ət də var. Yem yalnız onsuz da utilizasiya olunmalı tullantılardan ibarət olsaydı, onun ekoloji tarazlığı neytral olardı”.

Tədqiqatçılar, it nəcisinin də təbiət üçün təhlükə yarada biləcəyini aşkar ediblər. İt sidiyi isə ağacların müxtəlif xəstəliklərə qarşı müqavimətini zəiflədir, peyinin tərkibində olan minerallar və ağır metallar torpağa zərər vurur. Bu səbəbdən itlərin sahibləri onların tullantılarını təkcə estetik nöqteyi-nəzərdən yığışdırmamalıdır.

“İqlimi qorumağa çalışan və eyni zamanda it sahibi olmaq istəyən şəxslər heyvan seçərkən onun ölçüsünə diqqət yetirməlidirlər. Bu eyni ilə avtomobil seçimi ilə müqayisə oluna bilər: kiçik ölçülü it daha az qida istehlak edir, daha az nəcis ifraz edir və buna görə də iqlimə daha az zərər dəyir”, deyə M. Finkbayner qeyd edir.

“7,5 kiloqram ağırlığında olan it səkkiz il ərzində ətraf mühitə yalnız üç ton CO2 ekvivalentinin buraxılmasına səbəb olduğu halda, 30 kiloqram ağırlığında olan it üçün 18 il ərzində bu göstərici altı dəfə çox olacaq”,  – deyə məqalədə bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.