Zakir Həsənov “Tank biatlonu”nun finalını izlədi – Foto

Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyada keçirilən 6-cı Beynəlxalq hərbi oyunlar çərçivəsində təşkil olunan Azərbaycan stendi ilə tanış olub.

Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri sentyabrın 4-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində MDB, KTMT və Şanxay Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Müdafiə nazirlərinin birgə iclasında iştirak edib.

Bu gün isə nazir “Tank biatlonu” Beynəlxalq Ordu İdman oyunları çərçivəsində finala yüksəlmiş Azərbaycan tankçılarının yarışını izləyəcək.

***

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Final yarışlarında birinci divizionda Rusiya, Belarus və Çin komandaları ilə mübarizə aparan Azərbaycan tankçıları uğurlu çıxış edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.