Bakı Şəhər İcra Hakimiyyəti: “Məhkəmə qərarı olmadan söküntü gedə bilməz”

Xəbər verdiyimiz kimi, ötən gün bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun tapşırığı ilə verilən Nərimanov rayonu ərazisindəki beş mərtəbəli obyekt boşaldılıb. Bundan sonra həmin obyektin sökülməsi ilə bağlı bir sıra KİV-də məlumatlar yayılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, söküntü ilə bağlı məhkəmə qərarı yoxdur:

“Məhkəmə qərarı olmadığı üçün hər hansı söküntüdən söhbət gedə bilməz”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.