Yayda həşərat dişləməsinə və günvurmaya qarşı bunları edin

Yay aylarında daha açıq geyinildiyi və həşəratların çox olduğu üçün allergiya daha da qabarır. Bunun səbəbi həm həşərat dişləməsi, həm də müxtəlif bitkilər ola bilər.

Yayada günvurma və həşərat dişləməsindən əziyyət çəksəniz, bunları edə bilərsiniz:

· Həşəratın sancdığı yeri sirkə ilə ovuşdurun.
· Sirkə ilə gül yağını qatıb, günvurma zamanı alını və gicgahları masaj edin.
· Arı sancan yerə yumurta ağı çəkib, üstünə kəklikotu və ya üzüm yarpağından təpitmə qoyun.
· Zəfərana nişasta qatıb, həşərat sancan yerə sürtün.
· Ağcaqanad və ya başqa həşəratların dişlədiyi yerə soğan sütrməklə qaşınmanın qarşısını almaq mümkündür.
· Qoz yarpağını bədənin açıq yerlərinə sürtsəniz sizi heç nə sancmaz.
· Əqrəb sancan zaman qaba süd töküb, həmin yeri südə qoyun. Əgər süd saralarsa demək, zəhər çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.