“Formula 1”: Pyer Qasli ilk qələbəsini qazandı

Bu gün Monza avtodromunda “Formula 1” üzrə İtaliya Qran-prisi keçirilib.Yarış bir çox sürpriz nəticələrlə əlamətdar olub.

Belə ki, “AlphaTauri” komandasının pilotu Piyer Qasli karyerasında ilk dəfə finiş xəttini hamıdan öncə keçib

53 dövrəlik mübarizədə ikinci yeri “McLaren” komandasının pilotu Karlos Sayns əldə edib. İlk üçlüyü “Racing Point”in pilotu Lens Stroll tamamlayıb.

Bu yarışdan sonra pilotların siyahısına 164 xalla “Mercedes”dən Luis Hamilton başçılıq edir.

Bu komandanın digər sürücüsü Valtteri Bottas 117 xalla ikinci, Maks Ferstappen (“Red Bull”) isə 110 xalla üçüncü pillədə qərarlaşıblar.

Maraqlıdır ki, P.Qasli “Formula 1” tarixində qələbə qazanan 109-cu pilot olub. O, Olive Panisadan sonra qələbə qazanan ikinci fransalı idmançıdır.

O.Panisa 1996-cı ildə Monako Qran-Prisinin qalibi olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.