İNK-nı sarsan o üzücü xəbər

  1. https://m.facebook.com/story.php?story_fbid=2620386798273648&id=100009070601002

  2. Bu gün İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov gizir Elman Hüseynzadənin ailəsi ilə görüş keçirib.Gizirin övladı Fərid Hüseynzadə əməliyyat üçün xəstəxanaya gətirilsə də onun səhhəti bu əməliyyatın keçirilməsinə imkan vermədi.Rasim bəy Fəridin ailəsi ilə söhbətlər aparmış və onlara təsəlli vermişdir.Rasim Məmmədov çıxışında belə qeyd edir:
    “Bu baş verənlərin hər biri Allahın məsləhətdir.Bizim dövlətimiz Fərid üçün əlindən gələn hər şeyi etdi.Çox təssüf ki, göstərilən səylər müsbət nəticə göstərmədi.Bəlkə də səhiyyə sistemində olan biganəliklər bu hadisəyə səbəb oldu.Lakin yenə də İlahinin qismətidir,hər anımıza şükr etməyi bacarmalıyıq.Məni dünəndən bəri narahat edən məsələlərdən biri də Fəridin atası gizir Elman Hüseynzadənin səngərdən mənə yazdığı məktubdur.Mən çox istərdim ki Elmana övladı ilə bağlı xoş xəbər verim.Fərid balamız şəhid əmisinin adını daşıyırdı, belə igid nəslin yetirməsi olan Fərid balanın yaşamasını, sağlamlığına qovuşmasını çox istərdim.Nə demək olar? Başımıza gələn hər bir hadisə Allahın imtahanıdır.Sizə və yaxınlarınıza Allahdan səbr diləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.