Ayxan Abbasov 100-cü oyununda Premyer Liqada 30-cu qələbəsini qazanıb.

Ayxan Abbasov 100-cü oyununda Premyer Liqada 30-cu qələbəsini qazanıb

Ayxan Abbasov

Futbol üzrə Azərbaycan Premyer Liqasının II turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün yubileylə əlamətdar olub.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, gənc mütəxəssis karyerasında 100-cü oyununu keçirib. O, yubiley matçında “Neftçi” üzərində 2:0 hesablı səfər qələbəsinə sevinib.

Baş məşqçi kimi iki klubda – “Zirə” və “Sumqayıt”da çalışan Abbasovun debütü 2017-ci il yanvarın 29-na təsadüf edib. Həmin gün Abbasov ilk matçında “Zirə”nin AZAL üzərində ev qələbəsinə şahid olub – 2:1. Ümumilikdə, 100 qarşılaşmada 38 qələbə görən mütəxəssis 27 heç-heçə və 35 məğlubiyyətdə iştirak edib.

100 oyundan 5-i Avropa Liqası, 12-si Azərbaycan kuboku, 83-ü Azərbaycan Premyer Liqasına təsadüf edib. “Neftçi” ilə görüş həm də Premyer Liqada 30-cu qələbə olub. Abbasov 18 dəfə “Zirə”, 12 dəfə “Sumqayıt”ın baş məşqçisi kimi 3 xal qazanılmasında pay sahibi olub. Onun Premyer Liqadakı digər qarşılaşm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.