Deputatlar italiyalı həmkarlar ilə müzakirəyə hazırlaşır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri oktyabrın 6-da İtaliya Senatının Xarici əlaqələr komitəsinin üzvləri ilə onlayn formatda müzakirələr aparacaq. Müzakirələr Ermənistanın Azərbaycana qarşı təxribatlarına həsr olunacaq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında komitə sədri Səməd Seyidov deyib.

O əlavə edib ki, AŞPA Prezidentinin tövsiyəsi əsasında AŞPA-nın Siyasi, İnsan Haqları Monitorinq komitəsində Ermənistanın Tovuz istiqamətində təxribat müzakirə olunub.

Deputat onu da bildirib ki, AŞPA-da Qarabağ alt komitəsinin fəaliyyəti yenidən aktivləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.