PSJ Mbappeni 300 milyona satmaq istəyir.

PSJ Mbappeni 300 milyona satmaq istəyir

Kilian Mbappe

Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ-ni tərk edə bilər. 

“Report” “The Sun”a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu növbəti yay komandadan ayrılacağı ilə bağl Paris təmsilçisinin rəhbərliyini xəbardar edib. 

Klub fransalı forvardı 300 milyon funt-sterlinqdən aşağı qiymətə satmaq niyyətində deyil. Mbappe mövsüm ərzində 16 – 20 milyon avro maaş almaq istəyir. 

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatacaq. 2017-ci ildən komandada çıxış edən və 3 dəfə ölkə çempionu olan oyunçu 124 matça 90 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.