“Kamaz” sürücüsü sükan arxasında vəfat etdi.

Qaxda sürücü sükan arxasında dünyasını dəyişib.

Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Rayonun Qaxingiloy kənd sakini Poladaşvili Givi Qriqoroviç idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə hərəkətdə olarkən halı pisləşib və avtomobili söndürüb.

Hadisə yerinə Qax rayon Xəstəxanasından təcili tibbi yardım maşını çağırılıb. Lakin sürücünün həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, G.Poladaşvili uzun müddət ürək-damar xəstəliyindən müalicə alıb və elə ürəktutmadan da dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.