“Kartaş Mr. FİX” şirkəti Silahlı Qüvvələrə Dəstək Fonduna 100 min manat vəsait köçürdü

Bu gün “Kartaş Mr. FİX” şirkəti Silahlı Qüvvələrə Dəstək Fonduna 100 min manat vəsait köçürüb
Bu barədə məlumatı millət vəkili Qənirə Paşayeva bildirib:
“İşğalçı Ermənistan ordusunun 27 sentyabrda baş vermiş növbəti hücumundan sonra şanlı Azərbaycan ordusu bütün cəbhə boyu əks hücuma keçib. Qəhrəman ordumuz zəfərlər qazanaraq irəliləyir; hərbçi və mülki vətəndaşlarımız arasında şəhidlərimiz, yaralılarımız, dağıntılar var. Belə bir vaxtda hər kəs bacardığı şəkildə, imkanı və gücü çatan dərəcədə ordumuzun yanında olmalı, qələbəyə öz töhfəsini verməlidir. Bu mövzuya mən də bir neçə dəfə TV-lərdə çıxış edərkən toxunmuşdum; çox şadam ki belə çağırışlara operativ və olumlu cavab verən şirkət, holdinq rəhbərlərimiz var. Bu gün “Kartaş Mr. FİX” şirkəti Silahlı Qüvvələrə Dəstək Fonduna 100 min manat vəsait köçürüb. Şirkətin rəhbərliyinə və bütün əməkdaşlarına könül dolusu təşəkkür edir, bir daha, digər iş adamı dostlarımızı da bu nəcib təşəbbüsə qoşulmağa çağırırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.