Paşinyana sui-qəsddə günahlandırılan sabiq MTX rəisi azadlığa buraxıldı

Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlamaqda günahlandırılan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan məhkəmə zalından azadlığa buraxılıb.

Azadlığa çıxan Vanetsyan etmədiyi cinayətlərdə ittiham edildiyini bildirib:

“Məni etmədiyim cinayətlərdə ittiham etdilər. Siyasi proseslərdən uzaqlaşdırmaq istəyirlər”.

Qeyd edək ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan cinayət məcəlləsinin iki maddəsi ilə – baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunurdu.

Vanesyan dünən MTX-nın İstintaq departamentinə çağırılaraq orada həbs edilmişdi.

Artur Vanesyan 2018-2019-cu illərdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olub.

Leave a Reply

%d bloggers like this: