Qarabağ döyüşlərində iştirak edən bu şəxslərlə bağlı MÜHÜM ADDIM – Nazir ŞAD XƏBƏRİ VERDİ – VİDEO

Könüllü şəkildə və səfərbərliyə alınmaqla müharibədə iştirak edən tələbələrimiz var. Təbii ki, onların da fərqli problemləri var və bunu başa düşürük.

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Hazırda da Təhsil Nazirliyinə tələbələrin təhsil müəssisəsinə bərpa olunması, kəsirlərlə bağlı müxtəlif müraciətlər edilir. TN bu problemləri toplayıb onları sistemləşdirməyə çalışır.

Nazir əlavə edib ki, problemlərin xarakterindən asılı olaraq, onların müxtəlif həll yolları var. Bəzi hallarda bu problemlərin qısa zamanda həlli üçün aidiyyatlı təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verilir. Amma bir çox hallarda bunlar qaydalarla tənzimlənən məsələlər olur:

“Hazırda bu məsələlər tərəfimizdən toplanılır və sistemləşdirilir. Bəzi hallarda biz bunu ali təhsil müəssisələrinin rəhbərləri ilə danışmaqla həll etməyə çalışırıq. Əgər qaydalarda dəyişikliyə ehtiyac varsa, onlarda dəyişiklik etməklə qələbəmizdə rolu olan hər bir soydaşımıza kömək göstərməyə çalışırıq. Təhsil Nazirliyi olaraq, biz də öz tərəfimizdən həmin qaydaları dəyişməyə, normativ baza yaratmaqla həll etməyə çalışırıq. Buna görə də xahişim ondan ibarətdir ki, müraciət edənlər mümkün qədər səbrli olub gözləsinlər . Problemdən asılı olaraq, bütün vətəndaşların müraciətlərinə baxılır və onların həlli qanunvericliyə zidd deyilsə, təbii ki, həll edilir”.

 

 

Leave a Reply

%d bloggers like this: