Ermənistanda əhaliyə divan tutanların kimliyi bəlli oldu

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiyanı dağıdan üzü maskalıların hökumətə yaxın oliqarxların cangüdənləri olduğu açıqlanıb.
“Nümayişi dağıdanlar məğlub baş naziri müdafiə edən və utandıqları üçün üzünü gizlədən maskalı polislər deyildi. Onların çoxu malikanələrdə yığışan hökumətə yaxın oliqarxların cangüdənləri idi. Mühafizəçilər hökumətə qarşı olan etirazları dağıtmaq üçün üzlərinə maska taxıblar.
Başqa bir anlaşılmazlıq isə maskalı həmin “polislərin” yaxasında Çin dilində təyinatı yazılmış uniforma geyinməsidir. Onlar aksiya iştirakçılarına qarşı sərt davranırdı.
Məsul şəxslər “polislər niyə belə geyinmişdi” sualımızı belə cavablandırdılar: “Polislər döyüşlərdə iştirak edib. Döyüşdən qayıtdıqlar üçün geyimləri yararsız hala düşmüşdü. Onlara belə formalar paylandı. Ermənicə polis yazılmasına vaxt çatmadı”, – qəzet yazıb.

Leave a Reply

%d bloggers like this: