Ağsunun icra başçısı vəfat edib

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib.

Bunu icra başçısının qohumları deyib. Məlumata görə, V. Tağıyev bu gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, icra başçısı bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Bakıdakı tibb mərkəzlərindən birində müalicə olunurdu. Dünən onun vəfat etməsi barədə məlumat yayılsa da, xəbər təsdiqini tapmamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.