Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti ləğv edilib

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti fəaliyyət göstərməyəcək, “Polis” qəzetinin də nəşri dayandırılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti ləğv edilib.

Bundan sonra idarənin bu xidməti fəaliyyət göstərməyəcək. Xidmət Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə birləşdirilib.

Məlumata görə, həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin də fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, BŞBPİ-nin mətbuat katibi Elşad Hacıyev noyabrın 26-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinə rəis təyin edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.