Ankarada Azərbaycanın zəfəri münasibətilə sərgi təşkil olunub

Noyabrın 28-də Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ankara Opera və Balet Teatrında zəfər sərgisi təşkil edilib.

Sərginin təşkilində məqsəd Azərbaycan həqiqətlərini nümayiş etdirməkdir.

Sərgidə noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfərlərini, eləcə də Ağdam məscidini ziyarətlərini, həmçinin Qarabağda doğulmuş görkəmli şəxsiyyətlərimizin, Azərbaycanın tarixi yerlərinin füsunkar təbiətini əks etdirən fotolar nümayiş olunur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.