“Seçki saxtalaşdırıldı” – Tramp dövlət qurumlarını ittiham etdi

ABŞ-ın hazırki Prezidenti Donald Tramp bəyan edib ki, Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosunun əməkdaşlarının seçkidəki saxtakarlıq faktlarında əli ola bilər.

Bu barədə “Fox News” məlumat yayıb.

“FTB ilə Ədliyyə Nazirliyi nə iş görürdü? Bilmirəm, bəlkə də onların da əli var. Seçki saxtalaşdırıldı, amma KİV bu barədə yazmaq istəmir”, – deyə Tramp şikayətləndi

Onun sözlərinə görə, adını çəkdiyi qurumlar seçkidə pozuntuların olmasına rəğmən heç bir addım atmayıblar.

“Respublikaçılar partiyasının üzvləri saxtakarlıqlar barədə kifayət qədər məlumat toplayıblar, ancaq hakimlər həmin məlumatların üzə çıxarılması üçün onlara imkan yaratmırlar”, – deyə Tramp qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.