“Çanye-5″in enmə-qalxma modulu Aya enməyə hazırlaşır

Çinin Aydan nümunələr gətirmək üçün orbitə çıxardığı “Çanye-5”in (Chang’e-5) kosmik aparatının enmə-qalxma modulu Yerin təbii peykinə yumşaq eniş etməyə hazırlaşır.

Ay orbitinə daxil olduqdan sonra “Çanye-5″in enmə-qalxma modulu Pekin vaxtı ilə səhər saat 5 radələrində kosmik aparatdan ayrılıb. Modul Ayın səthinə endikdən sonra xüsusi robotun köməyi ilə qaya və torpaq nümunələri götürəcək. Bu dövrdə “Çanye-5” Ay səthindən təxminən 200 kilometr yüksəkdəki orbitə dövr edərək, qalxma modulu gözləyək. Qalxma modulu kosmik aparatla birləşərək, topladığı nümunələri ona ötürdükdən sonra ayrılacaq. Yer və Ay arasında geometrik uyğunluq olanda kosmik aparatın geri dönən modulu Yerə qayıdacaq. Bildirilir ki, proses cədvələ uyğun davam edir.

Qeyd edək ki, noyabrın 24-də Çin Aydan nümunələr toplamaq və onları Yerə gətirmək üçün hazırladığı ilk kosmik aparatı olan “Çanye-5”i (Chang’e-5) orbitə çıxarıb. Bu, Çinin Aydan nümunələr gətirmək üçün başladığı ilk missiyadır. Çinin kosmos tarixində vacib hadisələrdən olan bu hadisə, həm də dünyada son 40 ildə Aydan nümunələr gətirmək üçün göndərilən ilk missiyadır. “Çanye-5” kosmik aparatının ağırlığı 8,2 tondur və orbitdə qalmağı, Ayın səthinə enib-qalxmağı, uçuşu və Yerə qayıtmağı təmin edəcək dörd moduldan ibarətdir. Ayın daha dəqiq öyrənilməsi məqsədi daşıyan missiyanın təxminən 20 günə başa çatması planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.