Məcburi köçkünlərin köçürülməsinə nə vaxtdan başlanılacaq?-AÇIQLAMA

44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə sonlanır. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq dekabrın 1-də Laçının Azərbaycana təhvil verilməsi gözlənilir. Bu gün hər kəsi maraqlandıran sual məcburi köçkünlərin nə zaman köçürüləcəyidir.

Bununla bağlı danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı bəyannaməyə və Ermənistanın baş naziri Nikol Paşinyanın qəbul etdiyi kapitulyasiya aktına görə dekabr ayının 1-nə kimi erməni silahlı qüvvələri tamamilə işğal olunmuş ərazilərdən çıxmalıdır:

“Aydındır ki, 30 il ərzində Qarabağ ətrafında 100 minlərlə mina basdırılmışdır. Azərbacan Ordusuna təhvil verildikdən sonra genişmiqyaslı mina təmizləmə işləri aparılmalı, ərazi yaşayış üçün təhlükəsiz hala gətirilməlidir. Düşünürəm ki, təcili məskunlaşmanı təmin etmək üçün lazım olan ərazilər ilk növbədə təmizlənəcəkdir. Dəqiq vaxtını ancaq ANAMA-nın mütəxəssisləri deyə bilərlər. Hesab edirəm ki, ehtiyac yaranarsa xaricdən əlavə mütəxəssislər cəlb etməklə, prosesi sürətləndirmək lazımdır. Paralel olaraq yol, infrastruktur layihələri icra olunmalıdır. Elektrik, qaz, su, kanalizasiya xəttləri çəkilməli, sosial obyektlər, evlər inşa olunmalı, insanların normal yaşayışını təmin etmək üçün məişət şəraiti olmalıdır. Həmin bölgələrdə demoqrafik vəziyyətin bizim xeyrimizə dəyişməsi zamanın tələbidir və gələcəkdə problemin təbii yolla həllində əhəmiyyətli rol oynaya bilər. Təbiət boşluğu sevmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.