Qaraciyəri piylənmədən qoruyan məhsul

Qaraciyər piylənməsi bu orqanın xəstəlikləri arasında ən yayılmış pozulmalardan biridir.

Qaraciyərin piylənməsi insanın həyatı üçün təhlükə yaratmasa da, sirroz və xərçəngi kimi sağalmaz xəstəliklərin inkişafına şərait yaradır.

Qaraciyər piylənməsindən əziyyət çəkənlərin sayı ildən ilə artır. Alimlərin fikrinə görə, bu pozulmanın əsas səbəbləri arasında spirtli içkilərin qəbulu, qeyri-sağlam qidalanma və piylənmədir.

Amerika alimlərinin fikrinə görə, qaraciyər piylənməsinin riskini azaltmaq üçün qidalanmaya zeytun yağından daha cox istifadə etmək lazımdır. Alimlərin fikrinə görə, bu məhsul nəinki qaraciyər piylənməsinin qarşısını alır, həmçinin artıq mövcud olan piylənmənin simptomlarını azaldır.

Omeqa-3 faydalı yağlı turşularla zəngin olan zeytun yağı qanda lipidlərin səviyyəsini azaldır, artıq çəki yığılmasının qarşısını alır, qaraciyər fermentlərinin səviyyəsini aşağı salır ki, bu da qaraciyər piylənməsinin riskini azaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.