Qazi Elçin Səmədov Bakıya gətirilib, əməliyyat olunacaq

Döyüşlərdə yaralanan qazi Elçin Səmədov Bakıya gətirilib.

Bu barədə Qəbələ Rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, Elçin bu gün səhər Bakıya göndərilib və hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalındadır:

“Elçin hələlik əməliyyat olunmayıb. O, bu gün səhər saat 06:30-da Bakıya göndərilib. Onu ilk öncə müayinə edəcəklər, daha sonra əməliyyat olunacağı gözlənilir. Elçin hərbi vəzifəlidir və onun müalicəsi ilə Müdafiə Nazirliyi məşğuldur”.

İH rəsmisi əlavə edib ki, Elçin Səmədovun səhhəti yaralandığı gündən dövlət səviyyəsində nəzarətdə saxlanılır:

“Elçin yaralandığı gündən rəhbərlik tərəfindən diqqətdə saxlanılır. Bu bizim borcumuzdur, ona lazım olan bütün şərait yaradılıb və səhhətindən başqa heç bir problemi yoxdur. İnşallah, o da yaxın günlərdə öz həllini tapar”.

E.Səmədov Suqovuşan kəndində baş verən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ürək nahiyəsindən ağır yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.