Rusiyada 24 saatda iki dəfə vulkan püskürdü: Narıncı təhlükə kodu elan edildi – VİDEO

Rusiyanın Kamçatka bölgəsində vulkan püskürüb.

RT-nin məlumatına görə, Rusiyanın Vulkanologiya və Seysmologiya İnstitutu bununla bağlı kadrlar yayımlayıb.

Məlumata görə, Klyuçevskaya vulkanı yeddi kilometr hündürlüyə kül püskürüb.

Qeyd edək ki, bu, 24 saatda ikinci püskürmədir.

Aviasiya üçün narıncı təhlükə kodu (həmin ərazinin hava məkanında uçuşa qadağa) elan edilib.

Kül şleyfinin 45 kilometr şimal-şərqə yayıldığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: