Azərbaycanda turizm sektorunda çalışanlar üçün təlimlər keçiriləcək

Azərbaycan Turizm Bürosunun nəzdində olan Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci ilin ilk yarısı üçün təlim proqramını elan edib.

Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, 6 müxtəlif istiqamət üzrə hazırlanmış təlim proqramına bələdçilər, turizm agentlikləri və turoperatorlar üçün kurslar, qonaqpərvərlik və qastronomiya üzrə kurslar, fərdi keyfiyyətlər üzrə kurslar, eləcə də regionlar üçün xüsusi kurslar daxil edilib.

Təlimlər turizm sənayesinin hazırda çalışan və ya müvafiq təcrübəyə malik olan nümayəndələrinin iştirakı üçün nəzərdə tutulub. Regional təlimlər istisna olmaqla, digər təlimlərin onlayn formatda keçirilməsi planlaşdırılıb.

Təlimlərdə iştirak üçün Turizm Təlim və Sertifikasiya Mərkəzinin rəsmi veb saytı vasitəsilə ilkin sorğunu tamamlamaq tələb olunur. Təlimdə iştirak edən mütəxəssislər sonda sertifikatla təmin olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: