Bakıda yeni avtotus zolaqları çəkilir – RƏSMİ

Bakıda bəzi küçə və prospektlərdə avtobuslar üçün ayrıca zolaq çəkilir.

Bunu Real TV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, artıq daha 10 küçə və prospektdə avtobusların xüsusi hərəkət zolaqlarının təşkilinə icazə verib:

“Gəncə, Qara Qarayev, Atatürk prospektləri, Mikayıl Hüseynov, Məhəmməd Hadi, Abbas Mirzə Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli və Müzəffər Rəhimov küçələrində yeni zolaqlar çəkilir. Əsas məqsəd günün səhər və axşam pik saatlarında müşahidə olunan sərnişinlərin daha az sıxlıqda qalmasıdır”.

“Mikayıl Hüseynov küçəsində artıq zolaq təşkil olunub. Qarşıdakı günlərdə ərazidə xüsusi nişanlar da vurulacaq və sürücülər buna əməl etməlidirlər. Zolaqlar olandan sonra da təcili tibbi yardım maşınları həmin yoldan keçə biləcək”, – deyə qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: