Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turunda İtaliya “Yuventus”u ilə Ukraynanın “Dinamo” (Kiyev) klubları arasında keçiriləcək matça təyinatlar açıqlanıb.

Qarşılaşma Fransa Futbol Federasiyasından Stefani Frappara həvalə olunub. O, ÇL oyunu idarə edən ilk qadın referi kimi tarixə düşəcək.

Frappara Hişam Zakrani və Medi Ramuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kərim Abed yerinə yetirəcək.

Qadın referi daha əvvəl bu ilin oktyabrında Avropa Liqasının qrup mərhələsinin “Lester” (İngiltərə) – “Zarya” (Ukrayna) görüşündə (3:0) ədaləti təmsil edib.

Qeyd edək ki, “Yuventus” – “Dinamo” matçı dekabrın 2-də oynanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: