Dövlət Sosial Müdafiə Fondu bu gündən sosial mediada…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabrın 1-dən vətəndaş müraciətlərini özünün yeni fəaliyyətə başlayan facebook, instagram, telegram və twitter sosial səhifələri vasitəsilə də cavablandıracaq.
Vətəndaşlar həmin səhifələr:
www.facebook.com/dsmf.sosial.gov.az/
www.instagram.com/dsmf.sosial.gov.az/
t.me/dsmfsosialgovaz
twitter.com/dsmfsosialgovaz
vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun şəkildə izahatlar veriləcək. Araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada baxılaraq nəticəsinə uyğun tədbirlər görüləcək və müraciət edən vətəndaşlar bu barədə məlumatlandırılacaq.
Sosial şəbəkə səhiflərində DSMF-nin fəaliyyəti, bu sahədəki yeniliklər də ictimaiyyətə təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: