Gürcüstanda xəstəxanaya silahlı hücum edildi

Gürcüstanın paytaxtı Tbilisi şəhərində xəstəxanaya silahlı hücum edilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis paytaxtın kənarındakı Tbilisi Dəniz Xəstəxanasında silahlı şübhəlilərinin tutulması üçün intensiv əməliyyat və istintaq tədbirləri həyata keçirir.

Klinikaya neçə nəfərin və hansı məqsədlə hücum etdiyi barədə hələ məlumat verilməyib.

İlkin məlumata görə, hadisə nəticəsində heç kim zərər görməyib.

Hadisə ilə bağlı “Mütəşəkkil törədilən soyğunçuluq” maddəsi ilə cinayət işi başladılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.