Həmvətənlərimizin Laçın sevinci “Haber Global”ın efirində – VİDEO

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Laçın rayonu işğaldan azad edilib və Azərbaycana qaytarılıb.

Artıq Azərbaycan Ordusu Laçın rayonuna daxil olub.

28 ildir işğalda olan Laçının yenidən azad edilməsi xalqımız üçün əsl bayram olub.

Gecənin gec saatları olmasına baxmayaraq, bir qrup həmvətənimiz bu əlamətdar günü küçədə qeyd ediblər.

Onların sevincli anlarını Türkiyənin “Haber Global” kanalı öz efirində nümayiş etdirib.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: