Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi

Demokrat Co Bayden ilin sonunadək ABŞ-da COVID-19-dan daha 250 min amerikalının ölə biləcəyini deyib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə o, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatından sonra proqnoz verib.

Hesabata əsasən, fevral ayına kimi ABŞ-da koronavirusa görə təxminən 450 min insan ölə bilər.

Qeyd edək ki, dekabrın 2-də ABŞ Təcili Yardım Assosiasiyası koronavirusla əlaqədar vəziyyətə görə təcili tibbi yardım sisteminin “qırılma nöqtəsində olduğu” barədə xəbərdarlıq edib.

Hesabatda deyilir ki, əlavə yardım olmasa, kollaps mümkündür, təcili yardım işçilərinin isə ümumilikdə 2,62 milyard dollara ehtiyacı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.