Nazirlikdən Qarabağda ədliyyə işlərinin təşkili ilə bağlı VACİB AÇIQLAMA

“Torpaqlarımız işğal altında olan zaman ədliyyə orqanları, məhkəmələr fəaliyyətini davam etdirirdi. Həmin torpaqlar işğaldan azad olunub və böyük bir qayıdışın başlanğıcı olan dövrdə də ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirməsi işləri baş tutacaq”.

Bunu Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Sübhi Kazımov qurumun “Facebook” səhifəsində canlı yayımda deyib.

Onun sözlərinə görə, Qarabağ Regional Ədliyyə İdarəsinin yaradılması ilə quruma mühüm tapşırıqlar verilib:

“İşğaldan azad olunan torpaqların komendantlarının hər biri ilə əlaqə saxlanılıb”.

S.Kazımov qeyd edib ki, Ədliyyə Nazirliyi ermənilərin dinc əhalimizə qarşı yönələn hücumları və ekoloji terrorla bağlı beynəlxlaq təşkilatlara müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.