“İlin uşağı” seçildi – Foto

Hər il “İlin adamı”nı seçən ABŞ-ın “Time” jurnalı 2020-ci ildə yeni – “İlin uşağı” kateqoriyasını yaradıb.

Nominasiyada yüksək texnologiyalar sahəsində 15 yaşlı tədqiqatçı Gitanjali Rao qalib gəlib.

2020-ci ildə jurnal “Nickelodeon” kanalı ilə birgə ABŞ-da 8 yaşdan 16 yaşadək 5000 uşağın arasından Raonu “İlin uşağı” seçib.

Xüsusi yaradılmış komissiya bu il beş finalçı müəyyən edib. Lakin komissiyanı ən çox Raonun xidmətləri təsirləndirib: “Rao yalnız elmi alətləri araşdırmır, həm də gündəlik həyatda problemləri həll etmək üçün onları tətbiq edir”.

Beş finalçıdan hər biri “Nickelodeon”un aid olduğu “Viacom” şirkətindən pul mükafatı alacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.