2020-ci ilin yekunları və gələcəyə baxışın 7 VACİB MƏQAMI…

Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə ilə bağlı fikirlərini təqdim edirik.   
2020-ci il bütün dünya üçün koronavirusa və onun  yaratdığı fəsadlara qarşı mübarizə ili kimi yadda qaldı. Ötən il Azərbaycan koronavirusla yanaşı həm də erməni faşizminə qarşı da mübarizə aparmalı oldu və  44 günlük Vətən Müharibısində Ermənistan üzərindəki möhtəşəm qələbəsi ilə şanlı tarix yazdı. İşğal altına düşmüş ərazilərin hərb yolu ilə işğaldan azad edimləsi tarixdə çox nadir hal olduğundan, bu tarixi hadisənin Azərbaycanla yanaşı, həm də regiononal və  qlobal proseslərə də çəksiz  təsirləri olacaq. Sözügedən  konteksdən yanvarın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə videoformatda keçirilmiş müşavirədə 2020-ci ilin yekunları ilə yanaşı, həm də ölkə həyatının yeni postkonflikt mrhələsində bütün sahələrdə inkişaf siyasətinin əsas strateji hədəfləri ortaya qoyuldu və onun həyata keçirilməsi istiqamətləri göstərildi. Müşvirədə  Azərbaycan Prezidenti bir sıra vacib məsələlərə toxunulub və həm də dövlət başçısı tərəfindən çox ciddi mesaylar verilib. Onların arasında 7 məqamı xüsusi qeyd etmək yerinə düşər:
Birincisi, Prezidenti İlham Əliyev bu müşavirədə təkçə 2020-ci ilin yox, bütüvlükdə müstəqillik illərin ən mütüm yekunu kimi bildirdi ki, “bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır…. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.”. “Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi”,-deyən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi…” Sadalanan həmin amillərin vəhdəti bizim qələbəmizi şərtləndirdi.
İkncisi, Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Prezident bu möhtəşəm qələbənin qorunub saxlanılması və  siyasi yollarla möhkəmləndirilməsinin zəruriliyini önə çəkdi.
Qarabağda-Xankəndi, Xocalı, Ağdərə və digər yurd yerlərimizdə də üçrəngli bayrağımızın qaldırılmalı olduğunuz  növbəti, diplomatiya mərhələsi başlayıb. Ali Baş Komandanın rəhbərliyi altında  Azərbaycan  bu yolda addım-addım irəliləyir. Buna şəksiz manealər olacaq… İndi olmasa da,nə vaxtsa Ermənistanın revanş cəhdləri  də istisna deyil. Ona görə də  müharibə dövrünün öz fədakarlıaları olduğu  kimi,  postkonflikt  dövrünün də öz fədkarlıqları  tələb olunur.Bu  yolda da  uğur əldə etməkdən ötrü dövlət başçımızın yanında olmalıyıq. Dövlət başçısı, müharibə ərzində olduğu kimi,bundan sonra da bizim üçün problemlər yaradılmasına cəhd edilə biləcək çox vacib bir məqama bir daha toxunaraq açıqca xatırlatdı ki,”dünyada bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir və müharibə dövründə biz bunu açıq-aşkar görürdük,bəzi ölkələr bunu gizlədə bilmirdilər.Bu dəstək Ermənistana nə verdi? Heç nə. Bizim gücümüz, iradəmiz qarşısında bu dəstək sıfıra bərabər oldu. ”Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır” deyən  Prezident İlham Əliyevin sülhməramlılara və İrəvana mesajı da mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın qələbəsi-təkcə Ermənistan üzərində deyil, həm də onun havadarları üzərində tarixi qələbə olduğundan,aydın məsələdir ki, bu fakt onlar tərəfindən heç də asanlıqla həzm olunmayacaq. Prezidentin  sözügedən məsələyə münasibətinə qüvvət olaraq bildirək ki,nail olduğumuz bu möhtəşəm birliyimizi bundan sonra da qoruyub saxlamaqla, “dəmir yumruğın” gücü ilə müharibə dövüründə Ermənistanı dəstəkləyən və bundan sora da dəstəkləməkdə davam edən və edəcək həmin  dövlətlərin istənilən məkrli planlarını poza, açıq və gizli cəhdlərinin nəticələrini sıfıra  endirə biləcəyik. Prezident bildirdi ki, “Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur.” Siyasi mənsubiyyətindən asılı olmayaraq  hamı bu məsələni  gələcək üçün əsas istiqamətə çevirməlidir ki, bu sahədə  ciddi uğurlar əldə edə bilək.Milli birliyi saxlamaqla yanaşı, həm də bizə qarşı qurulan yeni oyunların təsirini neytrallaşdırmağın ən etibarlı amili,xüsusən də “ən ağırçəkili və etibarlı çəkindirici amil” kimi qardaş Türkiyə başda olmaqla  müttəfiqlərimizlə əlaqələrimizi daha da gücləndirməliyik. Bir də bu müşavirədə mesaj göndərildiyi kimi, Azərbaycana düşmən kəsilmiş həmin dövlərlərin,qurumların və qüvvələrin  layiqlı cavabları həm diplomatik müstəvidə  və kanallar vasitəsilə, həm də KİV-lərdə, sosial şəbəkələrdə layiqincə verilməlidir ki,həddlərini aşmasınlar.
        
Üçüncüsü, Prezident bu müşavirədə işğaldan azad edilmiş ərazilərin bərpasının konseptual əsaslarının əsas konturlarını ortaya qoydu və bildirdi ki,”bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır… Bizim tarixi-memarlıq abidələrimizi dağıdıblar. Ona görə bu məsələ ilə bağlı və digər məsələlərlə bağlı qaydalar, o cümlədən şəhərsalma qaydaları elə aparılmalıdır ki, bərpa olunacaq şəhərlərin dəqiq say tərkibi müəyyən edilsin. Biz özümüz hədəf qoymalıyıq, hansı şəhəri hansı formada görmək istəyirik. Əlbəttə ki, işlər əsaslı getməlidir. Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir… Eyni zamanda, kəndlərin bərpası ilə bağlı vahid yanaşma olmalıdır…Aidiyyəti qurumlar kəndlərin optimal say tərkibini müəyyən etməlidir. Yəni, bizim üçün bir oriyentir olmalıdır. Əlbəttə ki, bu tarixi yaşayış məntəqələrinin mövcudluğu, torpaq sahələri nəzərə alınmalıdır ki, orada məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin etsinlər. Yəni, onlar daha dövlət dəstəyinə möhtac qalmasınlar. Onlar üçün elə torpaq sahələri ayrılmalıdır ki, orada rahat əkib-becərə bilsinlər və yaxşı da gəlir götürsünlər.”
Dördcüsü, Prezident işğaldan azad edilmiş sahələrdə təsarrüfat fəaliyyətinin prioritet istiqamətlərindən daşışarkən bildirdi ki, “azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizm sahələri olmalıdır ki, biz bu bölgənin təbiiliyini qoruya bilək.” Bundan əlavə Prezident Qarabağda dağ-mədən sənayesinin inkişafı üçün də yaxşı imkanların varlığını və bu sahəni normal inkişaf etdirməkdən ötrü Azərbaycanın təcrübəsi olduğunu da əlavə edib. Sözügedən məsələrlə bağlı müşavirədə  bildirildi ki,” işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir.” Eyni zamanda o da bildirildi ki,“hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Həmçinin bu işlərin görülməsi zamanı dövlət vəsaitlərinə qənaət edilməsi və investisiyaların səmərəliliyinin artırılması məqsədilə yol-nəqliyyat, kommunal infrastrukturu, ənənəvi və alternativ enerji istehsalı irriqasiya və meliorasiya sistemlərinin çəkilməsi və sair sahələr üzrə investisiya layihələrinin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığından geniş istifadə edilməsi, iqtisadi aktivliyin təşviq olunması məqsədilə işğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur.”
Təbii ki, nəzərdə tutulan həmin tədbirlərin həyat keçirilməsi milyard manatlarla ölçülən böyük maliyyə  tələb edir. Prezident müşavirədə bu qəbildən olan məsələrə toxunarkən bildirib ki, həm  əlavə  maliyyə imkanları,qənaət variantları  araşdırılmalı,həm də ”xərclərə nəzarət gücləndirilməlidir. Xüsusilə dövlət xətti ilə alınan mallara da çox ciddi nəzarət olmalıdır. Çünki bəzi hallarda orada şişirtmələr də olur. Bəzi hallarda dövlət təşkilatları, necə deyərlər, öz rahatlıqları üçün lazım olmayan bir çox mal-material, əşya alırlar. Belə hallar var. Xaricdən avtomobillər, texnika, mebel alırlar. Buna son qoyulmalıdır. Biz bütün bu yersiz xərclərə son qoymalıyıq. Ona görə, xərclərə nəzarət daha güclü olmalıdır və baxın, bəlkə də hansısa əlavə bir nəzarət mexanizmi də tətbiq edilə bilər.”
2021-ci ilin büdcəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, müasir infrastrukturların yaradılması yol, işıq,su, qaz, rabitə və digər zəruri infrastrukturların,eləcə də təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, yaşayış evlərinin tikintisi və mədəni-tarixi abidələrin bərpası və s. bu kimi məsələrin həllinə ilkin olaraq 2,2 milyard manat vəsait nəzərdə tutulub.Büdcə xərcləmələrində,xüsusən də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq tədbirlərini maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitdən istifadədə şəffaflığın,nəzarətin və hesabatlılğın gücləndirilməsi, nəticəliliyin artırılması,eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq tədbirlərini maliyyələşdirilməsi üçün nəzərdə tutulan 2,2 milyardlıq vəsaitin multiplikativ effektini artırmaqdan ötrü dövlət-cəmiyyət-özəl sektorun  fəaliyyətinin effektiv kombinasıyasına nail olunması mühüm əhəmiyyət kəsb edir. Yəni işğaldan azad olunmuş ərazilərin bərpasına təkcə hökumətin 2,2 milyard manat vəsait ayırması ilə iş bitmir. Həmin işlər yüksək keyfiyyətdə həyata keçirilməli, özəl sektorun bu sahəyə cəlb olunmasına maksimum şərait yaradılmalıdır. Bu iş yüksək keyfiyytlə həyata keçirilsə, özəl sektor, həm yerli həm də xarici investorlar  Qarabağa yetərincə sərmayə qoymaya başlayacaq və həmin vəsaitin  məbləğı  dövlət sərmayələri ilə məhdudlaşmayb 2,2 milyard manatdan çox olacaq. Bu həm də ”Qarabağ Dirçəliş Fondu”na da müxtəlif kanallardan gözlənilən daxilolmalarn həcminə müsbt təsir göstərən amillərdən olacaq.
Beşincisi, Prezident işğaldan azad olunmuş ərazilərlə bağlı danışarkən deyib ki, “bərpa işlərinə qədər digər vacib bir məsələ də öz həllini tapmalıdır. Bu, dəymiş ziyanın hesablanmasıdır.” Prezident bu sahədə görülməli işlərdən danışakən qeyd edib ki, bütün ilkin işləri biz özümüz görməliyik. Bütün şəhərlərin, bütün kəndlərin video və foto çəkilişləri aparılmalıdır, təsdiq edilməlidir, protokollaşdırılmalıdır…. Xarici mütəxəssislər, beynəlxalq şirkətlər gələndə artıq bu materiallar onlara təqdim ediləcək. Əlbəttə ki, onlar özləri də sərbəst şəkildə bütün tədqiqatları aparmalıdırlar. Burada, ilk növbədə, tarixi abidələrin məhv edilməsi, dağıdılması öz əksini tapmalıdır…Bütün sənədləşmə işləri aparıldıqdan sonra bu əmlakların o vaxtkı qiyməti rubl ekvivalentində çıxarılmalıdır və bunun indiki qiymətləndirilməsi aparılmalıdır. Yəni, bu işləri biz özümüz görməliyik və bu, xaricdən gələn şirkətlərin işini də bir qədər yüngülləşdirəcək. Onlar bunun əsasında müstəqil şəkildə öz hesabatlarını hazırlayacaqlar. Bu, bizə mütləq lazımdır. Çünki təzminat davasının başlanması üçün bizdə mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalıdır.”Prezident əlavə edib ki, “dəymiş ziyana gəldikdə, eyni zamanda, biz itirilmiş gəliri də hesablamalıyıq. Çünki bu 30 il ərzində biz bu müəssisələrdən hansı gəliri götürə bilərdik. Orada bir çox müəssisələr və bu müəssisələrin böyük potensialı var idi. Onlar dağıdılıb və biz götürə biləcəyimiz o gəliri götürməmişik. O da hesablanmalıdır. Həmçinin ekologiyamıza vurulan ziyan hesablanmalıdır….Eyni zamanda, örüş sahələri, otlaq sahələri. Bütün bunların qanunsuz istismarı gərək qiymətləndirilsin və biz onu pul ekvivalentinə çevirməliyik…. Əlbəttə, oradakı təbii sərvətlərin qanunsuz istismarı artıq danılmaz faktdır. Bizdə şirkətlərin adları var. Bildirməliyəm ki, əgər bizim qızıl və digər yataqlarımızı qanunsuz istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək. Əgər bu təzminatı ödəməsələr, bütün işlər gedəcək beynəlxalq məhkəmələrə və onlar orada biabır olacaqlar. Bundan sonra onların biznes fəaliyyəti demək olar ki, dayandırılacaq. Çünki başqa ölkədə təbii sərvətləri qanunsuz istismar edib, ondan gəlir qazanıb varlanan şirkətlərə, insanlara müasir dünyada yer yoxdur. Ona görə onların qarşısında məsələ qoyulub, onların qanunsuz istismar etdikləri qızılın və digər təbii sərvətlərimizin dəyəri hesablanmalıdır, dəymiş ziyan hesablanmalıdır, əldə edilmiş gəlir hesablanmalıdır və bizə qaytarılmalıdır. O təqdirdə biz beynəlxalq məhkəmələrə müraciət etməyə bilərik.”
Altıncısı, Prezident İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də hazırlanmış mexanizmlərdən danışdı və əlavə tapşırıqlar verdi.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin bu münasibətlə açıqlamalıra görə, İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər hazırlanmışdır və dekabrın 31-də şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılmışdır. Milli qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılmışdır və yeni bir təqaüd-Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunmuş, onun da məbləği 2000 manat olaraq müəyyən edilmişdir. Təqaüdlərin artırılması, ümumilikdə 100 minədək insanı əhatə edir. Burada müxtəlif kiçik məbləğli müavinətlər və pensiya əlavələri vahid təqaüd məbləğində birləşdirilmiş və məbləğlər artırılmaqla bu rəqəmlər təsdiqlənmişdir. Pezident İlham Əliyev bildirmidir ki, “məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır”. Mənzil şəraitini yaxşılaşdırmağa və ya mənzilə ehtiyacı olan bütün Şəhid ailələri və müharibədə (müharibə nəticəsində) sağlamlığını itirən və əlil olan şəxslər mənzillərlə təmin olunacaq. Şəhid ailələri, Qazi ailələri təminatlı yaşamalıdırlar və belə də olacaq.
Yeddincisi, 30 ilə yaxın həsrətində olduğumuz Vətən torpaqları şəhidlərimiizın qanı, qazilərimizin rəşadəti  hesabına azadlığa çıxdı. Ona görə də  müşavirədə İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün hazırlanmış hədbirlərin elə yüksək səviyyədə həyat keçirilməlidir ki,bu yöndə heç bir əlavə problem,narazıqlar və sair yaranmasın.Bundan ötrü,müşvirədə deyildiyi kimi, “heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir.”  Prezidentin bu mövqeyi əsasında bu il  inhisarçılığa, korrupsiyaya,məmur özbaşnalıqlarına və digər bu kimi neqativlərə  qarşı mübarizə daha ciddi aparılmalıdır. Çünki 2021-ci il belə məsələlər üçün bir növ “AÇAR İLİDİR” və mütləq nəzərə alınmalııdr ki, Vətən Müharibəsi həqiqətən tamamilə fərqli bir situasiya yaradıb və  bu müharibədə bütün məhrumiyyətlərə dözub,”hər şey cəbhə üçün,hər şey qələbə üçün” deyən və qalıb gələn,eyni zamanda həm də pandemiya və onun yaratdığı mühitdən əziyyət çəkən   xalq artıq hansısa korrupsiyanı, acgözlüyü,özbaşınalığı özünə iş üslüubi seçmiş məmurun  əməllərinə əvvəllər olduğu dözümü göstərməyəcək.Ona görə də Prezidentin xüsusi vurğulağı kimi: ”Bunu hər kəs bilməlidir.”  Bu işi mütləq yoluna qoymaq lazımdır. Bu halda  Prezidentin  qeyd etdiyi kimi,  məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: