Tramp təslim olur: Diqqətimi hakimiyyətin Baydenə ötürülməsinə yönəldəcəyəm
Donald Tramp on iki saatlıq qadağadan sonra “Twitter” hesabında ilk paylaşımını edib. O, öz səhifəsində Vaşinqtondakı iğtişaşları pisləyən videomüraciət paylaşıb.
ABŞ prezidenti Donald Tramp on iki saatlıq qadağadan sonra “Twitter” hesabında ilk paylaşımını edib.
Tramp öz səhifəsində Vaşinqtondakı iğtişaşları pisləyən videomüraciət paylaşıb. O, diqqətini yaxın gələcəkdə hakimiyyətin Cozef Baydenə ötürülməsi prosesinə yönəldəcəyini bildirib.
Qeyd edək ki, çərşənbə günü Vaşinqtonda baş verən iğtişaşlardan sonra ABŞ-ın hazırkı prezidenti azı 12 saat müddətinə “Twitter”də yazmaq imkanından məhrum edilib. O, həmçinin səlahiyyət müddətinin sonunacan “Facebook” və “Instagram”da da paylaşım edə bilməyəcək. Bu sosial şəbəkələrin ardınca “Twitch” xidməti və “Snapchat” sosial şəbəkəsi də Trampın akkauntlarını bloklayıb.