Udinlər növbəti dəfə Kəlbəcərdəki Xudavəng monastırında olublar – FOTO

Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icmasının üzvləri bu gün Kəlbəcər rayonunda olub, orada Xudavəng monastır kompleksini ziyarət ediblər.

Onlar Milad bayramı ilə əlaqədar Xudavəng monastırında ibadət edib, dualar oxuyublar.

Qeyd edək ki, Alban-Udin icmasının üzvləri daha öncə də Xudavəng monastırını ziyarət ediblər.

Onlar yenə də bura gələcəklərini və daimi müqəddəs məkanlarından biri olan Xudavəng monastırını ziyarət edəcəklərini bildiriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: