AMEA-nın institutlarında yeni vəzifələr yaradılıb

AMEA Rəyasət Heyətinin, o cümlədən elmi müəssisə və təşkilatlarının idarəetməsinin optimallaşdırılması üzrə müvafiq qərarlar qəbul olunub.

Bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında bildirilib.

Belə ki, institutlarda baş direktor və icraçı direktor, böyük və xüsusi məqsədli avadanlıqların mövcud olduğu müəssisələrdə baş mühəndis vəzifələrinin təsisi, eləcə də əldə olunan innovativ potensiallı elmi nəticələrin sosial fəaliyyət sahələrində və istehsalatda çevik tətbiqinə nail olmaq üçün elmi müəssisələrin ştat cədvəlinə tətbiq üzrə menecer ştatlarının daxil edilməsi qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: