“Amerika bizim əsas düşmənimizdir” – Kim Çen In

Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Koreya Əmək Partiyasının qurultayında Vaşinqtonu “əsas düşməni” adlandırıb.

Bu barədə TASS Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat yayıb.

Kim Çen qeyd edib ki, ABŞ-ın KXDR-ə münasibətdə siyasəti Vaşinqton administrasiyasına kimin rəhbərlik etməsindən asılı olmayaraq dəyişməz qalacaq.

Şimali Koreya lideri ABŞ-ın yalnız düşmən niyyətlərindən imtina etdikdən sonra ölkəsi ilə münasibətləri yaxşılaşdıra biləcəyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: