COVID-19-un daha bir təhlükəli növü ABŞ-da yaranıb

ABŞ-da koronavirusun yeni, əvvəlki infeksiyadan 50% daha yoluxucu ştammının yayıla bildiyi güman edilir.

Bu barədə Ağ Evin işçi qrupunun son məruzəsinə istinadən CNN telekanalı bildirib.

“Bu payız-qış sıçrayışı (ABŞ-da epidemiya–red.) demək olar, yaz və yay zamanı xəstələnmənin artım sürətini iki dəfə ötdü. Güman edilir ki, ABŞ-da koronavirusun Britaniya növündən əlavə olaraq, hansı ki, artıq bizdə yayılır – öz variantı inkişaf edə bilər”, – məruzədə deyilir.

Sənəddə qeyd edilir ki, yeni ştamm “50% daha yoluxucu ola bilər”.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma və ölüm sayına görə birinci yerdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: