Ermənistanda Paşinyanın qətlinin mümkünlüyündən danışılıb

“Siyasi İqtisadiyyat” Tədqiqat İnstitutunun rəhbəri Andranik Tevanyan Nikol Paşinyanın öldürülməsi ehtimalından danışıb.

Siyasətçi bu barədə özünün “Facebook” səhifəsində yazıb.

“Nikol Paşinyan bizi müharibəyə və kapitulyasiyaya apardı, lakin noyabrın doqquzundan sonra nə intihar etdi, nə də istefa verdi. İstefa tələbi ilə və yeni hökumətin qurulması üçün aparılan siyasi mübarizə hələ heç bir nəticə verməyib… Paşinyan öz davranışları ilə onun fiziki yolla aradan götürülməsi üçün ictimai tələb formalaşdırıb. İnsanların böyük əksəriyyəti siyasi qüvvələrdən Paşinyanın sözün əsl mənasında məhv edilməsi tələbi ilə çıxış edir”, – deyə o, bildirib.

“Müxalifət vətəndaşlarımızın kütləvi şəkildə küçələrə çıxmamasından və evlərində oturaraq qətiyyət tələb etməsindən narazıdır. Vətəndaşlar isə müxalifətin məsələni siyasi yolla və ya qətiyyətlə həll edə bilməməsindən (Paşinyanın uzaqlaşdırılması nəzərdə tutulur) qəzəblidirlər. Vəziyyət dalana dirənib. Dövlət sahibsiz qalıb”, – deyə o, bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: