İndoneziyada sərnişinlə dolu təyyarə qəzaya uğrayıb – FOTO/VİDEO

Cakarta hava limanından uçan “Sriwijaya Air” aviaşirkətinə məxsus “Boeing 737-500” sərnişin təyyarəsi dənizə düşüb.

Bu barədə “Sinhua” agentliyi xəbər yayıb.

Məlumata görə, dənizdə laynerin qalıqları və sərnişinlərin cəsədləri tapılıb.

“Flightradar24” portalının verdiyi məlumata görə, “SJ182” reysi ilə əlaqə UTC vaxtı ilə saat 07:40-da kəsilib. Bu, təyyarənin Cakarta hava limanından qalxmasından dörd dəqiqə sonra baş verib. Avilayner bir dəqiqədən az müddətdə 10 000 metrdən çox hündürlük itirib.

Təyyarə Cakartadan Pontianak istiqamətində hərəkət edirdi. Göyərtədə 50-dən çox sərnişin olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: