Azərbaycan yığması Türkiyə və Moldova ilə birgə hazırlıq keçir

Qadın güləşi üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirir.

Yanvarın 4-dən start götürən hazırlıq prosesində kollektiv baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkiyə və Moldova milliləri ilə birgə hazırlıq keçir. “Qorrion” otelində məskunlaşan komandalar həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.

Qarşıdakı mühüm yarışlara, o cümlədən lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanış yanvarın 20-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: