ELDƏ BİR, ELLƏ BIR OLMUŞ İNSAN

Hər dəfə yenicə işıq üzü görmüş “İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi” adlı kitabı əlimə alanda onu böyük maraqla oxuyuram. Axı, hər bir kitabın böyük və gərgin zəhmət hesabına ərsəyə gəldiyini yaxşı bilirəm. Belə böyük zəhmət və axtarışların nəticəsi kimi ortaya çıxarılan kitabda isə təbii ki, öyrənməli çox şey olur. Bu günlərdə mənə təqdim olunan kitab isə bir oxucu kimi diqqətimi çəkməklə yanaşı, həm də hədsiz sevincimə səbəb oldu. ona görə ki, kitab bütün ömrünü xalqına, insanların rifahının yaxşılaşmasına həsr edərək şərəfli ömür yolu keçmiş və elə bu səbəbdən də hələ gənc yaşlarından bir el ağsaqqalı kimi tanınan qeyrətli Rasim Məmmədovun 5 illik fəaliyyətinə həsr olunub. O Rasim Adil oğluna ki, təkcə boya-başa çatdığı Sumqayıtda deyil, bütövlükdə Azərbaycanda bir ağsaqqal, bacarıqlı təşkilatçı və rəhbər işçi kimi tanınıb, adı həmişə hörmətlə çəkilib, məclislərdə yeri başda olub. Nədənsə belə görkəmli şəxsiyyətlər müasirimiz olanda çox zaman onların böyüklüyünün fərqinə varmır, xeyirxah əməl-lərini görmürük. Yalnız aradan illər keçəndən sonra layiq ol-duqları qiyməti veririk. Burada şair Cabir Novruzu xatırlamamaq olmur: “Sağlığında qiymət verin insanlara”. Vətən üçün, el üçün canlarını fəda edənlərin qədrini bilmək, qiymətləndirmək lazımdır. Bununla belə, etiraf etmək lazımdır ki, rəhbər vəzifədə olub ümumxalq məhəbbəti qazanmaq hamıya nəsib olmur.Bu baxımdan İlham Əliyev siyasətinə həsr olunmuş kitab vaxtında atılmış xeyirxah addım, çox da uzaq olmayan tarixi keçmişimizə ayna tutan bir vəsait və sözün əsl mənasında bugünün tələbi kimi qiymətləndirilməlidir.
1964-cü ildə İmişlidə dünyaya göz açan Rasim Adil oğlu Məmmədov ilk baxışda hər bir kəsin tərcümeyi-halında ola biləcək və heç bir qeyriadiliyi ilə seçilməyən avtobioqrafik məlumat təsiri bağışlayır. Ancaq Rasim Adil oğlunu yaxından tanıyanlar, onunla təmasda olanlar yaxşı bilirlər ki, o, necə bir böyük ürək sahibi, sözün əsl mənasında xalqının cəfakeşidir.
Yaxından tanımayanlar isə bu kitabı oxuyub onun barəsində zəngin məlumat əldə edəcəklər. Oxucular həmçinin digər görkəmli elm xadimlərinin,millət vəkillərinin və müxtəlif peşə sahiblərinin millətinin, vətəninin və doğma el-obasının fədaisi olan bu böyük şəxsiyyət barədə ürək sözləri, onunla bağlı maraqlı və heç zaman unudulmayacaq xatirələri ilə tanış ola biləcəklər.
Kitabda ayrı-ayrı şəxslərin imzası ilə verilən yazıların sərlövləsinə nəzər salmaq kifayətdir ki, Rasim Məmmədovun kimliyi haqqında təsəvvür yaransın: “Elimizin fəxri”, “Bütün şərəflərə layiq insan”, “Əfsanəvi ictimai xadim ”, “Arxasızların arxası”, “O, elin gücünə arxalanırdı”, “Xalq üçün yaşanan ömür”, “Bütün kasibların dayağı”, və s. Özü də bu sözləri deyən, onu belə yüksək qiymətləndirən təkcə öz soydaşlarımız deyil. Rasim Məmmədovu tanıyan, onunla işləyən müxtəlif vəzifə sahibləri və yaxud ondan yaxşılıq görən digər millətlərin nümayəndələri də onu eyni məhəbbətlə, eyni səmimiyyətlə sevirlər.
Bütün bunlara görə də qədirbilən insanlar onu həmişə minnətdarlıq hissləri ilə yanaşır.
Respublikada sosial şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməyən Rasim Məmmədov milli vətənpərvərliyi, xalqına bağlılığı bütün zamanlarda ona həm də böyük maneələr yaradır, tez-tez 5ci kalonun əxlaqdan kənar insanlarının təzyiqlləri qarşısında qalır. Milli ruhu, milli əxlaqı və etik keyfiyyətləri ilə, eyni zamanda onu fərqləndirən təbii rəhbərlik-təşkilatçılıq qabiliyyəti ilə seçilən R.Məmmədov necə paxıllıq hədəfinə çevrilməsini yalan şət böhtan kampanyasına tuş gəlmısi təsirli fraqmentlərlə zəngindir.
Kitabın əsl qiymətini hörmətli oxucular verəcəklər. Mən isə elimin məğrur və polad kimi sınmaz, 56 illik ömründə öz xalqı üçün neçə-neçə ömrə belə sığışmayacaq qədər fədakarlıqlar və xeyirxahlıqlar etmiş bir insanı fəaliyyətini əbədiləşdirmək, onu gənc nəslə tanıtmaq kimi nəcib bir işə qol qoymuş insanlara – bütövlükdə bu kitabın işıq üzü görməsində zəhməti olanların hamısına təşəkkür edirəm

Nəzakət Kərimova
İctimai Nəzarət Koalisiyasının fəxri üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: