Qan təzyiqi hər iki qolda ölçülsün: Qollarda fərqli nəticə nədən xəbər verir? – ARAŞDIRMA

Alimlər qan təzyinin hər iki qolda ölçülməsini vacib hesab edirlər. Yuxarı təzyiq göstəricilərindəki qollar arasındakı fərq civə sütununun 10 millimetrini aşırsa, bu, infarkt,insult və erkən ölüm riskinin yüksək olduğunu göstərir.

Bu xəbərdarlıqla, Böyük Britaniyanın Exeter Universitetinin tibb məktəbindən olan alimlərin rəhbərlik etdiyi böyük beynəlxalq tədqiqatçılar qrupu çıxış edib. Tədqiqatın nəticələri ilə bağlı məqalə “Hypertension” jurnalında dərc edilib.

Müəlliflər bu mövzuda 24 qlobal araşdırmanın nəticələrini təhlil ediblər. Tədqiqatlarda ümumilikdə Avropa, ABŞ, Afrika və Asiyanın 53 mindən çox yetkin sakini iştirak edib.

Hesab olunur ki, sistolik (yuxarı) arterial təzyiq göstəricilərində iki qolda ölçüldükdə əldə edilən fərq nə qədər çox olarsa, ürək-damar sistemi üçün risklər bir o qədər yüksəkdir. Bu fərq hər tərəfdən arteriyaların daralmasının dərəcəsini və müvafiq olaraq aterosklerozun inkişaf səviyyəsini əks etdirə bilər.

Tədqiqatçıların təyin etdikləri kimi, iki qolda sistolik təzyiq göstəriciləri civə sütununun 10 millimetrindən çox fərqlənməməlidir. Fərq daha böyükdürsə, infarkt, insult , stenokardiya və vaxtından əvvəl ölüm riski artır.

Tibb mütəxəssisləri üçün olan eynəlxalq təlimatlarda xəstələrin ardıcıl hər iki qolda da təzyiqini ölçmək müayinədə bir tövsiyə kimi daxil edilib. Qeyd olunub ki, lakin bu təlimata az riayət edilir və müəlliflər bunun çox yanlış olduğunu qeyd edib. Çünki belə bir sadə üsul ürək problemləri və qan damarlarının yüksək risk zonasında olanları müəyyən etməyə imkan verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: