Avropa çempionatının yeri məlum oldu

2021-ci ildə keçiriləcək karate üzrə Avropa çempionatının harada keçirilməsinə aydınlıq gəlib.

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, 56-cı Avropa çempionatı Xorvatiyanın Poreç şəhərində keçiriləcək. Bu, 19-23 may tarixlərində baş tutacaq.

Həmçinin Fransanın paytaxtı Parisdə keçirilməli olan Olimpiya Təsnifat turnirinin vaxtı da bəllidir. 11-13 iyun tarixlərində keçiriləcək turnirdən sonra Olimpiadaya vəsiqə qazanacaq son karateçilərin adları bilinəcək.

Qeyd edək ki, bu il karate üzrə Avropa çempionatı İsveçin Yöteborq şəhərində keçirilməli olsa da, yerli hökumət pandemiya ilə əlaqədar olaraq yarışın təşkilatçılığından imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: