İNK-nın qapıları hamının üzünə açıqdır

“Artıq ölkə rəhbərimiz tərəfindən bütün qeyri-hökümət orqanlarının fəaliyyəti də nəzarətə götürülüb. Hikmət Hacıyev də ölkənin ictimai-siyasi həyatında qeyri-hökumət təşkilatlarının rolunun böyük olması, ictimai nəzarət şuralarının, ictimai nəzarət fəlsəfəsinin formalaşması ilə bağlı fikirlərini tez-tez ictimaiyyətə çatdırır.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Sabitlik və İnkişaf Mərkəzinin 2015-ci ildə birgə yaratdığı İctimai Nəzarət Koalisiyasının fəaliyyəti və platformasına tanınmış insanların,məsul,nüfüzlu şəxslərin münasibətləri bizə əsas verir ki, prezidentimizin icrimai qurumlara diqqətini nəzərə alaraq. sıralarımıza daha ciddi insanların qəbuluna xüsusi diqqət ayıraq”.
DAMM-nin I vitse-prezidenti, SİMİB rəhbəri, İNK-nın sədri, ictimai xadim Rasim Məmmədovun koalisiya üzvlərinə və məsul şəxslərinə müraciətlə söylədiyi bu fikirlər təşkilatın yeni platformasının yaradılması istiqamətində görülən işlərin hesabat xarakterini daşıyır.
R.Məmmədov eyni zamanda bildirmişdir: “Beş il ərzində təşkilatımıza 30 mindən çox insan müraciət etmişdir, İNK-nın müxtəlif tədbirlərində iştirak etmişdir. Koalisiyanın qapıları hər gün ictimaiyyətin bütün nümayəndələrinin üzünə açıqdır”.

”ictimainezaret.info”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: