Litvada Gürcüstanın adı dəyişdi – RƏSMİ

Litva dili üzrə Dövlər Komissiyası bu ölkədə rəsmi olaraq Gürcüstanın adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.

“Sputnik Litva”-nın məlumatına əsasən, bundan sonra qonşu ölkə Litvada “Sakartvelo” adlandırılacaq.

“Dövlətlərin rəsmi adı” bölməsindən “Gürcüstan” adı çıxarılsın və “Sakartvelo” adı ilə əvəz olunsun”, – Komissiya sədri Audris Antanaytis tərəfindən imzalanan müvafiq qərarda belə deyilir.

Xatırladaq ki, hələ 2018-ci ildə Litva dili üzrə Dövlər Komissiyası bu ölkədə Gürcüstanın və onun sakinlərinin alternativ adlarını “Sakartvelo” və “sakartvellər” kimi təsdiq edib. Lakin rəsmi sənədlərdə Gürcüstanın adı olduğu kimi saxlanılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: